AZ

Prezident bu nazirin müavininə yeni vəzifələr verdi

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verilib.

Gundem.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət başçısının "Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" 23 may 2008-ci il tarixli, "Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 16 yanvar 2009-cu il tarixli və "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 7 mart 2013-cü il tarixli sərəncamlarında dəyişiklik edilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-3-cü hissələri ilə edilən dəyişikliklər barədə qarşı tərəflərə müvafiq bildirişlər göndərməlidir.

Seçilən
2
34
gundem.az

10Mənbələr