
Albaniyada tələbənin ölümü ilə nəticələnən insidentdən sonra Çində yerləşən TikTo sosial şəbəkə platformasına giriş rəsmən bağlanıb.
Albaniya hökumətinin 2024-cü ilin noyabr ayından etibarən TikTok-u ölkə daxilində bir il müddətinə müvəqqəti qadağan etmək barədə mübahisəli qərarından sonra Milli Kibertəhlükəsizlik Agentliyi (AKSK) Albaniya Elektron və Poçt Rabitə Agentliyindən (AKEP) TikTok-a girişi əngəlləmək üçün tədbirlər görməsini tələb etdi.
AKSK sözügedən maneənin bu gündən etibarən həyata keçirilməsini istəyib.
Nə baş vermişdi?
Albaniyanın paytaxtı Tiranda Fan Noli İbtidai məktəbində oxuyan 14 yaşlı Martin Cani 18 noyabr 2024-cü ildə başqa bir şagirdin bıçaqla hücumu nəticəsində həyatını itirib.
Tələbələr arasında mübahisənin sosial şəbəkədə başladığı iddia edilib.
Albaniyanın baş naziri Edi Rama hadisədən sonra verdiyi açıqlamada TikTok-un ölkədə 1 il müddətinə qadağan edilməsinə qərar verəcəklərini və bu qərarın 2025-ci ildə reallaşacağını bildirib.