Bakı. Trend:
Qlobal Bakı Forumu bu gün xüsusi əhəmiyyət kəsb edir.
Trend xəbərverir ki, bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsindəjurnalistlərə açıqlamasında Albaniyanın Prezidenti Bayram Beqaydeyib.
"Yenidən Bakıda olmağıma şadam. Qlobal Bakı Forumu əlamətdarhadisədir, xüsusən indi, belə çətin vaxtlarda. Forumun “Dünyadüzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”devizi xüsusi məna kəsb edir və əminəm ki, bütün iştirakçılar özfikirlərini bölüşə, dünyadakı vəziyyətlə bağlı fikirlərini bildirəbilərlər", - o bildirib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.