AZ

Aİ immiqrantların repatriasiya mərkəzlərini qanuniləşdirir

Avropa İttifaqı (Aİ) qeyri-qanuni miqrasiya ilə mübarizədə insan hüquqlarının pozulmasına zəmin yaradacağı səbəbi ilə tənqid edilən üçüncü ölkələrdə yaradılacaq repatriasiya mərkəzlərini qanuniləşdirməyə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen, 1 dekabr 2024-cü ildə üzərinə götürdüyü vəzifəsinin ilk 100 günlük hərəkətləri arasında sadaladığı repatriasiya strategiyasını 11 mart tarixində Avropa Parlamentinin (AP) Baş Assambleyasında təqdim edib.

Fon der Leyen üzv dövlətlərə yazdığı məktubda ilk dəfə strategiyanın məzmununu açıqlayıb.

2023-cü ildə İtaliya ilə Albaniya arasında imzalanan repatriasiya müqaviləsini misal gətirən fon der Leyen üçüncü ölkələrdə qurulacaq obyektlər kimi innovativ ideyaların həyata keçiriləcəyinə işarə edib.

Bu yanaşma, İngiltərənin 2022-ci ildə açıqladığı və ölkəyə qeyri-qanuni yollarla daxil olan və sığınacaq istəyənlərin Ruandaya göndərilməsini nəzərdə tutan planı yada salıb.

Bəzi risklər daşıdığı səbəbiylə tənqid edilən “Ruanda planı”na bənzər fon der Leyenin təklifi geniş dəstəyi ilə diqqət çəkib.

Seçilən
7
operativmm.az

1Mənbələr