Azərbaycan enerji konsepsiyası vasitəsilə üç və ya dörd dənizi birləşdirməyə çalışır.
İndex.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 13-də XII Qlobal Bakı Forumunda deyib.
Onun sözlərinə görə, söhbət Xəzər, Qara, Aralıq və Adriatik dənizlərindən gedir: “Coğrafi baxımdan Azərbaycanla Balkanlar arasında məsafə var, ancaq biz sıx əlaqələr qurmağa çalışırıq”.