O, "İbrahim Sazişləri"nin 2020-ci ildə İsrail və dörd ərəb ölkəsi - Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və Sudan arasında imzalanan müqavilələr olduğunu bildirib, bu sazişin İsrailin bu ölkələrlə diplomatik və iqtisadi əlaqələri qurmasından bəhs etdiyini vurğulayıb.
Həmçinin, Azərbaycan-İsrail əlaqələrinin artıq yüksək səviyyədə olduğunu və "İbrahim Sazişləri"ndə olmamasının bu əlaqələrin zəif olduğu anlamına gəlmədiyini qeyd edib. O, Azərbaycanın İsrail ilə enerji və hərbi sahələrdə ciddi əməkdaşlıq etdiyini xatırladıb.
Ekspert sonda ABŞ-nin Azərbaycana olan dəstəyinin artmasının "İbrahim Sazişləri" vasitəsilə mümkün olacağını, hətta 907-ci düzəlişin ləğvi ilə bağlı da addımlar ata biləcəyini bildirib ki, bu da Azərbaycanın maraqlarına uyğundur. Lakin Azərbaycanın "İbrahim Sazişləri"nə qoşulması yeni əməkdaşlıq mərhələsi kimi qiymətləndirilməməlidir.
Zeynəb Rzayeva