AZ

İsrail əsir götürülmüş Livan əsgərini azad etdi

Əsir götürülərək İsrail ərazisinə aparılan Livan ordusunun əsgəri BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Ras-ən-Nəqura sərhəd-keçid məntəqəsində sülhməramlılarına təhvil verilib.     

News365.az xəbər verir ki, bu barədə Livan ordusu komandanlığının bəyanatında deyilir. 

“Martın 10-da yaralanaraq İsrailə aparılan əsgər Ziyad Şibli evə buraxılıb və müalicə üçün xəstəxanaya göndərilir".   Bildirilir ki, əsgər mülki geyimdə olub və Kfar Şuba şəhərində İsrail tərəfinin atəşinə məruz qalıb. 

Martın 11-də İsrail xoşməramlılıq əlaməti olaraq yanvar və fevral aylarında sərhəd bölgələrində əsir götürdüyü 11 livanlıdan dördünü azad edib. Onların hamısı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ras əl-Naqouradakı nümayəndələrinə təhvil verilib.

Seçilən
1
1
news365.az

2Mənbələr