AZ

“Liverpul”da ciddi itki – finalı buraxacaq

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə keçirilən cavab matçında topuq nahiyəsindən zədə alıb. Onun durumunun ciddi olmadığı bildirilsə də, Arnold martın 16-da “Nyukasl”a qarşı İngiltərə Liqa kubokunun final oyununu buraxacaq.

26 yaşlı oyunçunu “Nyukasl”la qarşıdakı matçda “Liverpul”un digər müdafiəçisi Jarrell Qunşah əvəz edəcək.

Seçilən
1
idmanxeber.az

1Mənbələr