AZ

Rus ordusu Türkiyə hərbi texnikasını ələ keçirdi

Rusiya Silahlı Qüvvələrinin hərbçiləri Kursk vilayətinin İvaşkovski kəndinin azad edilməsi zamanı Ukrayna ordusuna məxsus “Kirpi” zirehli texnikasını (Türkiyə istehsalı – red.) ələ keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə TASS Rusiya hərbi mənbələrinə istinadla məlumat yayıb.

“Bir Türkiyə “Kirpi”sini ələ keçirdik, salamatdır, İvaşkovskidədir”, - mənbə agentliyə deyib.

TASS yazır ki, “Kirpi” ələ keçirilən digər zirehli texnikaların sərgisində nümayiş etdiriləcək.

Nəşr bildirir ki, 2022-ci ilin noyabrında Türkiyə Ukraynaya 200 ədəd “Kirpi” minaya davamlı zirehli döyüş maşını tədarük edib.

 

 


Telegram kanalımız
Seçilən
0
2
yenisabah.az

3Mənbələr