Hamiləlik zamanı aldığı artıq çəki ilə bir müddət gündəmdə olan məşhur “Victoria's Secret” modeli Adriana Lima “Vogue” dərgisi üçün kamera qarşısına keçib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, fotolardan onun əvvəlki görünüşünə qayıtdığını görmək mümkündür.
43 yaşlı Lima bu yöndə irəli sürülən estetik iddialarına da cavab verib: “Yeniyetmə qızın, məktəbəqədər yaşda olan iki uşağın, aktiv oğlanın, yeriməyi öyrənən biryaşlı uşağın və üç iti olan yorğun ananın üzü... Marağınıza görə təşəkkür edirəm”.
Həmin görüntüləri təqdim edirik:


















