AFFA Misli Premyer Liqasının qalmaqallı “Araz-Naxçıvan” – “Qarabağ” oyununda yaşananlara hüquqi qiymət verib.
Bizim.Media xəbər verir ki, XXVI turun dava baş verən matçı ilə bağlı sərt cəzalar tətbiq edib.
Təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos 2-si şərti olmaqla 4 oyun cəzalanıb. Klub 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
“Qarabağ”ın futbolçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı təcavüzkar davranışa cəhd etdiklərinə görə hərəsi 1-i şərti olmaqla 2 oyun cəzalanıb. Ağdam klubu hər futbolçu üçün 2000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
Matç bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” 800 manat cərimələnib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta