Türkiyəli aktyor Erdinç Gülener infarkt keçirib.
Kulis.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı, aktrisa Deniz Uğur məlumat yayıb. Hazırda aktyorun müalicəsi davam edir.
Qeyd edək ki, Erdiç "Çukur", "EDHO", "Kurtlar Vadisi Pusu", "Kırmızı oda", "Alparslan Büyük Selçuklu" kimi bir çox məşhur serialda rol alıb. O, hazırda "Kudüs Fatihi Selahaddin Eyyubi" serialına çəkilir.
Denizlə Erdinç "Bir deli sevda" serialında ər-arvadı canlandırıb. Onlar illər sonra ailə qurub.