AZ

Serxio Ramos: 4 oyuna 3 qol

Serxio Ramosun qolu Meksika klubuna kömək etməyib.

İdman.biz xəbər verir ki, ispaniyalı futbolçunun çıxış etdiyi "Monterrey" CONCACAF Çempionlar kuboku 1/8 final mərhələsinin cavab matçında "Vankuver"lə heç-heçə edib - 2:2.

Ramos 90+7-ci dəqiqədə penaltidən komandasını evdə məğlubiyyətdən xilas edib. Amma bu, növbəti mərhələyə çıxmaq üçün kifayət etməyib. İlk qarşılaşma 1:1 hesabı ilə başa çatdığından, rəqib meydanında daha çox qol vuran Kanada klubu 1/4 finala yüksəlib.

Qeyd edək ki, "Monterrey"də dördüncü oyununu keçirən Ramos 3 qol vurub.

İdman.biz

Seçilən
3
idman.biz

1Mənbələr