Bakı. Trend:
Azərbaycan regionda yeni reallıqların formalaşmasına töhfəverməyə çalışır.
Trend xəbərverir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən“Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”adlı panel iclasda çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsininmüdiri Hikmət Hacıyev deyib.
"Azərbaycan həm regionda, həm də onun hüdudlarından kənarda yenisərhədlərin və reallıqların formalaşmasına töhfə verməyə çalışır",- o bildirib.
O, “orta güc” anlayışını qeyd edərək, bu terminin çoxlutəriflərinin olduğunu vurğulayıb.
"Azərbaycanın nöqteyi-nəzərindən "orta güc" statusu mütləq hərbigüc, iqtisadi potensial və ya əhalinin sayı ilə müəyyən olunmur.Bura qarşılıqlı fəaliyyət, tərəfdaşlıq, əməkdaşlıq şəbəkələri,eləcə də dövlətlərin zəif tərəfləri daxildir", - Hacıyevbildirib.
Onun sözlərinə görə, Azərbaycan fəal və qlobal yönümlü xaricisiyasət aparır.
"Böyük güc rəqabətinin beynəlxalq arenaya qayıtması ilə bizhesab edirik ki, orta güclərin, regional oyunçuların və müxtəliftexnologiyalardan istifadə edən əsas dövlətlərin vaxtı çatıb", - obildirib.
H.Hacıyevin sözlərinə görə, Cənubi Qafqaz mühüm geosiyasi vəiqtisadi region olmaqla yanaşı, tərəqqinin ön xətti əsi kimigörünür.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.