AZ

Anjey Duda ABŞ-ı Polşa ərazisində Amerika nüvə başlıqlarını yerləşdirməyə çağırdı

Polşa prezidenti Anjey Duda ABŞ-ı Amerika nüvə başlıqlarını Qərbi Avropadan Polşa ərazisinə köçürməyə çağırıb. Duda artıq Polşada nüvə silahının yerləşdirilməsi məsələsini ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla müzakirə edib.

“1999-cu ildə NATO-nun sərhədləri şərqə doğru hərəkət edib, buna görə də 26 il sonra NATO-nun infrastrukturu da şərqə doğru hərəkət etməlidir. “Mənə aydındır” – deyə Duda bildirib. “Düşünürəm ki, nəinki vaxtıdır, həm də bu silahlar artıq burada olsaydı, daha təhlükəsiz olardı”, – o əlavə edib.

Anjey Dudanın fikrincə, Polşada nüvə silahının olması Rusiyanın mümkün təcavüzünə qarşı çəkindirici amil olacaq. “Rusiya nüvə silahlarını Belarusa daşıyanda belə tərəddüd etmədi,” – deyən Duda, “Onlar heç kimdən icazə istəmədilər”.
Polşa prezidenti Co Baydenin prezidentliyi dövründə ABŞ-a oxşar layihə təklif etmişdi, lakin o zaman təşəbbüs həyata keçirilməmişdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr