AZ

"Kızılcık Şerbeti"nin aktrisası əməliyyat olundu - FOTO

"Kızılcık Şerbeti" serialında Nilay obrazını canlandıran Feyza Civelek əməliyyat olunub.

Milli.Az xəbər verir ki, aktrisa bu barədə sosial media hesabında məlumat verib.

Civelek əməliyyata getməzdən əvvəl izləyicilərinə "Qolumdan əməliyyata gedirəm. Uğur diləklərinizi və dualarınızı göndərməyi unutmayın" deyə mesaj göndərib.

Daha sonra əməliyyatın uğurla keçdiyini paylaşan Feyza Civelek "Əməliyyatım yaxşı keçdi. Zəng edib soruşan hər kəsə təşəkkür edirəm" deyərək izləcilərinə minnətdarlığını bildirib.

Qeyd edək ki, aktrisa bir müddət əvvəl yaşadığı qəza nəticəsində qolunu sındırmışdı və bir müddət serialda gipsli qoluyla rol almışdı.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
1
milli.az

1Mənbələr