AZ

ÇL: Həftənin oyunçusu adına namizədlər bilindi

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin nəticələrinə əsasən həftənin ən yaxşı futbolçusu adına namizədlərin adını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, siyahıda dörd oyunçu yer alıb.

Namizədlər “Bayern Münhen”in hücumçusu Harri Keyn, PSJ-nin qapıçısı Canluici Donnarumma, “Aston Villa”nın yarımmüdafiəçisi Marko Asensio və Dortmund “Borussiya”sının kapitanı Əmrə Candır.

Donnarumma penaltilər seriyasında əsas fiqur olub və iki zərbəni dəf edərək komandasını 1/4 finala daşıyıb. Harri Keyn bir qol və bir asistlə "Bayern"in Bayer Leverkuzen üzərində gəlməsinə həlledici töhfə verib. Əmrə Can "Lill"in qapısına yol tapıb. "Brügge"ni 3:0 məğlub edən "Aston Villa"da isə Marko Asensio dubl eidb.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.

Seçilən
4
fanat.az

1Mənbələr