Azərbaycanın qonaqpərvərliyi həm də son illərdə ən mühüm beynəlxalq platformalardan birinə çevrilmiş Qlobal Bakı Forumu vasitəsilə beynəlxalq miqyas alır.
Modern.az xəbər verir ki, bunu Şimali Makedoniya Prezidenti xanım Qordana Silyonovska-Davkova XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.
“Qlobal Bakı Forumu ən mühüm regional və qlobal problemlərin həlli yollarını müzakirə edir. Bu, bəzilərinin dönüş nöqtəsi olacağını gözlədiyi 2025-ci ildə xüsusilə çox əhəmiyyət kəsb edir”, - deyə Şimali Makedoniya Prezidenti vurğulayıb.