Sumqayıtı Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən körpünün martın sonu – aprelin əvvəlində istifadəyə veriləcəyi ilə bağlı məlumat vermişdik.
Viral.az xəbər verir ki, aznews.az yeni körpünün görüntülərini paylaşıb.
Görüntülərdən də aydın olur ki, artıq körpüdə son tamamlanma işləri aparılır və istifadəyə hazır vəziyyətə gətirilib. Avtomobillər üçün açılmasa da, piyadalar körpü üzərindən hərəkət edirlər.
Son Yazılar:
- Sumqayıtı Sarayla birləşdirən yeni körpü artıq hazırdır
- Gürcüstan-Azərbaycan əməkdaşlığı erməni həmkarlar üçün də nümunə ola bilər
- Azərbaycan və Albaniya prezidentləri görüşdü
Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.
Sözügedən görüntüləri təqdim edirik: