Avstraliyada müsəlmanlara qarşı hücumlar son iki ildə iki dəfədən çox artıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, yeni araşdırmalar bu hücumlardan ən çox qadınların və qızların təsirləndiyini ortaya çıxarıb.
Avstraliyada İslamofobiya ilə bağlı beşinci hesabatda 2023-cü ilin yanvarından 2024-cü ilin dekabrına qədər 309 fiziki hücum sənədləşdirilib.
Bu rəqəm əvvəlki hesabat dövrü ilə müqayisədə 2,5 dəfə artım deməkdir.
Bundan əlavə, təsdiqlənmiş onlayn nifrət dolu hadisələrin sayı üç dəfə artaraq 366-ya çatıb.
Məlumata görə, hücuma məruz qalanların dörddə üçü qadın və qızlardır. Qadınlar kişilərdən 30 faiz daha çox fiziki hücuma məruz qalırlar.