AZ

Güneyli fəalın şikayəti üzrə məhkəmə iclası keçirilib

Təbriz Cəza Məhkəməsində hakim Nəqi Rezainin sədrliyi ilə daha öncə üç ay bir gün və 30 şallaq cəzası alan güneyli fəal İbrahim Asemaninin apellyasiya məhkəməsi baş tutub.

“Qeyri-ənənəvi geyimlə ictimai asayişi pozmaq” və “Zöhrə Vəfainin dəfn mərasimində qarışıqlıq və mübahisə yaratmaq”da günahlandırılıan Asemani müdafiə çıxışını edərək, məhkəməyə yazılı ifadəsini də təqdim edib.

Bildirilib ki, onun həbsinə səbəb dəfn mərasimində Azərbaycan milli geyimində iştirak etməsi olub. Dəfndə təhlükəsizlik qüvvələri fəalın paltarını dəyişməsini istəyib və onun müqavimətindən sonra onu həbs edərək ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinə təhvil veriblər.

visiontv.az



Seçilən
1
visiontv.az

1Mənbələr