1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
AFFA İntizam Komitəsi "Səbail" klubunu 3000 manat cərimələyib.
Oxu.Az xəbər verir ki, buna paytaxt təmsilçisinin futbolçusu Suleyman Alluşun "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XXVI turunun matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.
Suleyman Alluş bu səbəbdən dörd oyunluq cərimələnib.
"Kəpəz"ə 700 manat cərimə tətbiq edilib. Komandanın dörd oyunçusu "Sumqayıt"a 0:3 hesabı ilə məğlub olduqları qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.