ABŞ federal hökumətinin büdcə kəsiri rekord həddə çatıb.

İndex.az xəbər verir ki, fevral ayında ABŞ federal hökumətinin büdcə kəsiri keçən ilin eyni ayı ilə müqayisədə təxminən 4% artaraq 307 milyard dollara çatıb.

Büdcə kəsiri maliyyə ilinin ilk beş ayında 38% artıb.

Bu artımla büdcə kəsiri 1,15 trilyon dollara çataraq rekord qırıb.