Albaniyanın Tirana şəhərində keçirilən 23 yaşadək qadın güləşçilərin Avropa çempionatı başa çatıb.
İdman.biz xəbər verir ki, Azərbaycan pəhləvanları yarışı tarixi nəticə ilə başa vurublar.
Qadın güləşçilərimiz U-23 çempionatları tarixində ilk dəfə 2 qızıl medal qazanıblar. Elnurə Məmmədova 53 kq, Günay Hümbətova 59 kq çəkidə rəqib tanımayıb.
2015-ci ildən keçirilən yarışda indiyədək ən yaxşı nəticə 1 çempionluq olub. 4 müxtəlif çempionatda güləşçilərimizdən biri fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu dəfə isə Elnurə ilə Günay isə Tiranada milli üçün "Qızıl dubl" ediblər.
Albaniyada iki qızıldan başqa, bir bürünc də əldə olunub. Əsmər Cankurtaran (50 kq) 3-cü yeri tutub.
il | qızıl | gümüş | bürünc | cəmi |
2015 | 1 | 0 | 2 | 3 |
2016 | 1 | 1 | 3 | 5 |
2017 | 0 | 1 | 1 | 2 |
2018 | 0 | 0 | 0 | 0 |
2019 | 0 | 0 | 0 | 0 |
2021 | 0 | 0 | 0 | 0 |
2022 | 1 | 1 | 2 | 4 |
2023 | 0 | 1 | 2 | 3 |
2024 | 1 | 1 | 1 | 3 |
2025 | 2 | 0 | 1 | 3 |
Cəmi | 6 | 5 | 12 | 23 |
Qeyd edək ki, qadın yığmamız komanda hesabında 4-cü olub. 89 xal toplayan millimiz Türkiyə (144), Ukrayna (127) və Polşadan (93) geri qalıb.
Vüqar Xeyrullayev
İdman.biz