AFFA İntizam Komitəsi "Səbail"i 3000 manat cərimələyib.
"Football-plus.az" xəbər verir ki, buna paytaxt təmsilçisinin futbolçusu Suleyman Alluşun "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Misli premyer-liqasının 26-cı turunun matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub. Oyunçuya dörd oyunluq cəza kəsilib.
"Kəpəz"ə 700 manat cərimə tətbiq edilib. Komandanın dörd oyunçusu "Sumqayıt"a 0:3 hesabı ilə məğlub olduqları qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.
"Turan Tovuz" isə 1000 manat cərimə ödəməli olacaq. Bölgə klubunun futbolçusu Emmanuel Hakman "Neftçi" ilə qarşılaşmada (1:1) rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə almışdı. Ona bir oyun cəza verilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta