AZ

3 SƏHMDAR CƏMİYYƏTƏ ÖZƏLLƏŞDİRMƏ ÇEKİ QOYDU, 28 İLDİR "QARA QƏPİYƏ" HƏSRƏTDİR... - Şərur sakinindən aidiyyət qurumlara müraciət

Şərur rayonu, Çomaxtur kənd sakini, müharibə veteranı Məmmədov Bəhman Məmməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qarşılaşdığı problemlə əlaqədar saytımız vasitəsilə səlahiyyətli qurumlardan kömək istəyir:

"Mən, Şərur rayon Çomaxtur kənd sakini, müharibə veteranı Məmmədov Bəhman Məmməd oğlu, yazaraq məktubumu dərc etməyinizi xahiş edirəm.

01.08.1997-ci ildə həyata keçirilən özəlləşdirilmə ilə əlaqədar Bakı şəhəri, Xırdalan qəsəbəsində yerləşən "Pivə" Səhmdar Cəmiyyətinə 2 pay özəlləşdirilmə çeki qoymuşam. Ümumilikdə 152 səhm qeydiyyata alınmışdır.

01.08.1997-ci ildə Bakı şəhəri, Nizami rayonu, Davud Arslan küçəsi 2 ünvanında yerləşən “Loğman” Səhmdar Cəmiyyətinə də əlavə olaraq 2 pay özəlləşdirilmə çeki qoyub, 104 səhm sahibi olmuşam.

01.08.1997-ci ildə Bakı şəhəri, Hüseynzadə küçəsi 69 ünvanında yerləşən “Muğan çörək" Səhmdar Cəmiyyətinə də 1 pay özəlləşdirmə çeki qoyaraq, 92 səhm sahibi olmuşam.

Bu illər ərzində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Dövlət Əmlak Komitəsinə yazılı müraciət etməyimə baxmayaraq, heç bir müsbət cavab ala bilməmişəm. Bir neçə il bundan əvvələdək səhəmdar cəmiyyətlər ilin yekunlarında məktub göndərirdilər ki, bu ildə ziyanla başa vurduq. 2018-ci ildə isəcəmi bir dəfə "Pivə" Səhmdar Cəmiyyəti mənə 170 manat ödəyib.

Qeyd edim ki, səhmdar cəmiyyətlərin maliyyə fırıldaqları barədə Respublika Prokurorluğuna, məhkəmələrə, Prezident Aparatına, Daşınmaz Əmlak Komitəsinə dəfələrlə yazılı müraciət etməyimə baxmayaraq, heç bir müsbət cavab ala bilməmişəm.

Sizin sayt vasitəsilə əlaqəli qurumlardan bu şikayəti diqqətə almalarını xahiş edirəm". 

Jalə FAMİLQIZI

Redakisadan: Yazıda adları çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.

Seçilən
5
1
hurriyyet.az

2Mənbələr