“Qalatasaray” icarə əsasında komandada çıxış edən Viktor Osimheni birdəfəlik transfer etmək istəyir.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin İdarə Heyətinin üzvü Rasim Zaimoğlu oyunçunun alınması üçün maraqlı kampaniya başlatmaq istəyir.
Klub rəsmisi fanatların hərəsinin 2 dollar ödəməsi qarşılığında Osimhenin transferi üçün tələb olunan məbləğin toplanacağını bildirib. O, 35 milyon fanatlarının olduğunu qeyd edərək, bunları söyləyib:
“Hər kəs 1 dollar ödəsə, 35 milyon edir. 2 dollar olsa, 70 milyonluq məbləğ toplanacaq. Gəlin, kampaniya başladaq. Azarkeşlər aramızda 100 min dollar ödəyə biləcəklər də var”.
Nigeriyalı hücumçu müqavilə ilə “Napoli”yə məxsusdur. O, bu mövsüm Super Liqada 21 oyunda 17 qol vurub, 4 məhsuldar ötürmə edib.