AZ

Hərbi əməliyyatların dayandırılması yalnız yekun sülh sazişinin imzalanmasından sonra mümkündür – Rusiyanın Böyük Britaniyadakı səfiri

Moskva Vaşinqtonun Ukraynada müvəqqəti atəşkəslə bağlı təklifini nəzərdən keçirməyə hazırdır, lakin hərbi əməliyyatların tam dayandırılması yalnız hərtərəfli sülh sazişinin imzalanmasından sonra mümkündür.

Editor.az bildirir ki, bunu “The Wall Street Journal”a müsahibəsində Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin deyib. “Biz Amerikanın atəşkəslə bağlı təklifini nəzərdən keçirəcəyik. Biz hərbi əməliyyatları yalnız tam, hərtərəfli razılaşma əldə etdikdə dayandıracağıq”, – diplomat vurğulayıb.
Kelin qeyd edib ki, Rusiya dəfələrlə münaqişənin həlli yolu kimi müvəqqəti atəşkəsin qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, Moskva istənilən sülh təşəbbüslərinə şübhə ilə yanaşır, çünki uzunmüddətli razılaşmanın əldə olunması vaxt tələb edir. “Biz ABŞ-ın təklifinə çox ehtiyatla yanaşırıq”, o əlavə edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
7
editor.az

1Mənbələr