AZ

Putinin Ukrayna ilə bağlı gizli planı üzə çıxdı – “Müharibəni bitirmək niyyətində deyil”

Vladimir Putin Ukraynadakı müharibəni bitirmək niyyətində deyil.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məxfi sənədlərə istinadla məlumat yayıb.

Sənəddə deyilir ki, Putin Trampın atəşkəs təklifini pozmaq və Qərbin Ukraynaya dəstəyini zəiflətmək məqsədi güdür. Rusiyanın Ukraynada müharibəni davam etdirməklə ABŞ, Çin və Avropa İttifaqı arasında gərginliyi artırmağı hədəflədiyi bildirilib.

“Moskvanın məqsədi Trampın danışıqlardakı mövqeyini zəiflətmək və Qərb daxilində ixtilafları dərinləşdirməklə Rusiyanın əlini gücləndirməkdir. Sənəddə açıq şəkildə qeyd olunur ki, Rusiya ABŞ və Çin arasında münasibətləri gərginləşdirmək üçün siyasi və iqtisadi təzyiq göstərməyi hədəfləyir”, -deyə nəşr yazır.

Məlumata görə, sənəd fevralın sonunda Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarından cəmi bir həftə əvvəl Moskvada yerləşən nüfuzlu beyin mərkəzi tərəfindən hazırlanıb. Sənəddə həmçinin vurğulanıb ki, Rusiya kəşfiyyat xidməti FSB-nin Beşinci Xidməti Ukraynadakı əməliyyatlara nəzarət edir və Kremlin birbaşa göstərişlərinə uyğun fəaliyyət göstərir.

“AzPolitika.info”

Seçilən
2
azpolitika.info

1Mənbələr