AZ

“Meta” çiplərini test etməyə başladı

Meta süni intellekt texnologiyalarının inkişafında asılılığını azaltmaq məqsədilə öz çiplərini sınaqdan keçirməyə başlayıb. 

Valyuta.az xəbər verir ki, şirkətin Tayvanın “TSMC” şirkəti ilə birgə hazırladığı bu xüsusi çiplər əsasən böyük dil modelləri kimi süni intellekt sistemlərinin öyrədilməsi üçün nəzərdə tutulub.
Meta daha əvvəl süni intellekt modellərinin işləməsi üçün fərdi çiplər hazırlasa da, yeni çiplər birbaşa öyrətmə prosesinə yönəldilib. Şirkət hazırda məhdud sayda istehsal həyata keçirir və uğurlu nəticələr əldə edilərsə, genişmiqyaslı istehsala keçməyi planlaşdırır.

Bu addım “Meta”nın süni intellekt infrastrukturuna yatırdığı böyük sərmayələrin bir hissəsidir. Şirkət 2025-ci il üçün 114-119 milyard dollar arasında xərcləmə nəzərdə tutur ki, bunun da təxminən 65 milyard dolları süni intellekt sahəsinə ayrılıb. Öz çiplərini uğurla istehsal edə bilsə, “Nvidia” kimi təchizatçılardan asılılığını azaldaraq ciddi maliyyə qənaətinə nail ola bilər.

Mütəxəssislər “Meta”nın yeni çiplərinin “Nvidia”nın ümumi təyinatlı qrafik prosessorlarından daha səmərəli olacağını proqnozlaşdırır. Bununla belə, şirkət əvvəlki uğursuz təcrübələrini də nəzərə alır. Daha əvvəl “MTIA” çip seriyasının bəzi modellərindən imtina edən “Meta” yeni çiplərin uğurlu olması halında onları Llama dil modellərinin öyrədilməsi üçün istifadə etməyi planlaşdırır.

Sərvanə Rəmixanova

Seçilən
9
valyuta.az

1Mənbələr