AZ

Nİderland freqatı ilk dəfə “Tomahawk” raketini buraxıb

Martın 12-də Niderlandın “De Zeven Provincien” sinfinə aid “De Ryuyter” freqatı ilk dəfə “Tomahawk” qanadlı raketini uğurla sınaqdan keçirib.

Herbiand.az bildirir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.

Sınaqların Amerikanın Norfolk şəhəri sahillərində aparıldığı bildirilib. İlk dəfə idi ki, Niderland gəmisi “Tomahawk” raketi atıb. Bu buraxılışın nəticələrinin təhlili Nİderland Hərbi Dəniz Qüvvələrinə öz gəmilərini Amerikanın bu uzaqmənzilli qanadlı raketi ilə yenidən silahlandırmaq üçün lazım olan məlumatları toplamağa imkan verəcək.

Nİderland 2023-cü ilin aprelində “Tomahawk” raketlərini almaq qərarına gəlib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
8
herbiand.az

1Mənbələr