AZ

Tehran vasitəçilər vasitəsilə ABŞ-la danışıqlar aparır - İran XİN

İran vasitəçilər vasitəsilə ABŞ ilə danışıqlar aparır.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bizim nüvə məsələləri üzrə mümkün danışıqlarla bağlı planımız və düşünülmüş strategiyamız var. Danışıqlar vasitəçilər vasitəsilə davam edir və üç Avropa ölkəsi ilə də qarşılıqlı əlaqə saxlanılır”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, martın 7-də ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək İranın nüvə proqramını müzakirə etməyi təklif etdiyini açıqlayıb. Amerika liderinin sözlərinə görə, “İran nüvə silahı əldə etməməlidir”. Ağ Ev rəhbəri Tehranın Vaşinqtonla danışıqlar aparacağına ümid etdiyini bildirib.

QAZİLER.AZ

Seçilən
7
qaziler.az

1Mənbələr