Bakı. Trend:
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotikvasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davametdirilir. Daxil olan məlumat əsasında keçirilən əməliyyatnəticəsində əvvəllər məhkum olunmuş 29 yaşlı O.Cabbarov saxlanılıb.Onun üzərindən 7 kiloqram tiryək, marixuana, psixotrop tərkiblitramadol və preqabalin həbləri aşkarlanıb.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətiməlumat yayıb.
Bildirilib ki, paytaxtın Sabunçu rayonu ərazisində isənarkotiklərin satışını təşkil edən 5 nəfər - R.Həsənov, Ə.Əskərov,S.İbadov, E.Mənsurov və K.Xudaverdiyev saxlanılıblar.
Onlardan da ümumilikdə 7 kiloqram marixuana aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.