AZ

Rusiya və Ukrayna arasında gedən müharibənin dayandırılması ilə bağlı Türkiyənin səyləri Qərb ölkələrinin yetərincə dəstəyini almayıb - Çavuşoğlu

Bakı. Trend:

Rusiya ilə Ukrayna arasında gedən müharibənin dayandırılması iləbağlı Türkiyənin səyləri Qərb ölkələrinin yetərincə dəstəyinialmayıb.

Trend xəbərverir ki, bunu Türkiyənin Böyük Millət Məclisinin deputatı, ölkəninNATO parlament assambleyasındakı nümayəndə heyətinin sədri MövludÇavuşoğlu Bakıda keçirilən 12-ci Qlobal Bakı Forumu çərçivəsindəbaş tutan “Geosiyasi dəyişikliklər: tərəfdaşlıqda məsuliyyətrəqabətə qarşı” mövzusunda panel müzakirələrinin gedişindəbildirib.

“Biz rusiyalı və ukraynalı həmkarlarımızı toplamaq üçün mümkünolan hər şeyi etmişik. Bizim Prezident də müharibənin erkənmərhələsində ona son qoymaq üçün nitqlə çıxış edib. Əfsuslar olsunki, biz bəzi Qərb ölkələrindən və Birləşmiş Ştatlardan yetərincədəstək almamışıq. Görünən odur ki, müharibənin davam etməsi onlarınelə ürəyincə idi, onların mövqeyi isə sırf Ukranyaya dəstəkdənibarət idi.

Bəli, Türkiyə də eləcə Ukraynanın ərazi bütövlüyü vəsuverenliyinə sadiqdir və biz dərhal Montre konvensiyasını işəsalmışıq. Bundan savayı, biz Rusiya Federasiyasını Bosfordan keçməkhaqqı olan hərbi gəmilərin Qara dənizə göndərməməsinə razısalmışıq”, -deyə o bildirib.

M.Çavuşoğlu qeyd edib ki, Montre konvensiyasında açıq-aydıntəlimatlar var və Türkiyə Ukraynaya dəstək üçün lazımı addımlarınıadıb.

“Eyni zamanda biz tərəfləri danışıqlar masasına əyləşdirmək üçünRusiya ilə münasibətlərimizdən istifadə etmişik”, -deyə obildirib.

Məqalədə:
Seçilən
16
1
az.trend.az

2Mənbələr