AZ

Yaponiya bu ölkəyə viza rejimi tədbiq edəcək

Uzun illərdir Türkiyədən vizasız qalan Yaponiya, son illərdə artan “qaçqın” müraciətləri və Türkiyədən mühacirlərlə bağlı insidentlər səbəbindən Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə hazırlaşır.

Tribunainfo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Türkiyədən vizasız gediş-gəliş imkanı verən ən inkişaf etmiş ölkə Yaponiya, son illərdə ölkədə artan qaçqın müraciətlərini əsas gətirərək viza siyasətini dəyişməyə hazırlaşır.

Hökumət mənbələri bəzi ölkələr, o cümlədən Türkiyə üçün “nəzarətli giriş” tətbiqini təqdim etməyə açıqdır.

Belə ki, Yaponiyada qaçqın statusu üçün müraciət edən ilk 10 ölkə arasında Türkiyə viza tələb etməyən yeganə ölkədir və Türkiyə vətəndaşlığından istifadə edərək Yaponiyaya gedən PKK-ya bağlı qrupların son illərdə bir çox sosial hadisələrə qarışması viza siyasətlərinin yenidən nəzərdən keçirilməsinə səbəb olub.

Seçilən
8
tribunainfo.az

1Mənbələr