AZ

Geosiyasət sabit deyilsə, geoiqtisadiyyat da sabit olmayacaq - Şafik Qabrin

Bakı. Trend:

Bizim nəsil dünyanı daha gözəl bir məkana çevirməkdə uğursuzoldu. Lakin gənc nəsil Qərblə Şərq arasında körpülər qurur. Mən həmnikbinəm, həm də realist.

Trend xəbərverir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən“Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”adlı panel iclasında ARTOC İnvestisiya və İnkişaf Qrupunun sədri vəicraçı direktoru Şafik Qabrin deyib.

O bildirib ki, geosiyasi dəyişikliklər tarix boyu daim başverib. İkinci Dünya müharibəsi, “soyuq müharibə”, pandemiya – bütünbu hadisələr dünyamızı dəyişib. Lakin hazırda proseslər daha daqütbləşir. Bəzi qüvvələr media vasitəsilə təsir göstərməyə çalışır.Yumşaq gücün təsiri azalır, möhkəm güc isə güclənir.

Şafik Qabr beynəlxalq təşkilatların əsas zəifliyinin onlarındaha çox hərbi xərclərlə bağlı müzakirələr aparmasında olduğunuvurğulayıb. “Anlamalıyıq ki, geosiyasi dəyişikliklər baş verdikcəgeoiqtisadiyyat da dəyişəcək. Bu, bütün dünyaya təsir göstərəcək.Əgər geosiyasət sabit deyilsə, geoiqtisadiyyat da sabit olmayacaq”,- deyə o əlavə edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Məqalədə:
Seçilən
17
3
az.trend.az

5Mənbələr