Bakı. Trend:
2024-cü ildə aldığımız bildirişlərin 95 faizi ticarətə zərərvurulan məhdudiyyətlə bağlı olub. İllər keçdikcə görürük ki, bugünə qədər məhz ticarətə zərər vuran 3200-dək məhdudiyyətin şahidiolmuşuq.
Trend xəbər verir ki, bubarədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişafKonfransının (UNCTAD) baş katibi Rebekka Qrinspan XII Qlobal BakıForumunda çıxışı zamanı deyib.
“Biz həll variantlarını elə müəyyənləşdirə bilərik ki, hamıtərəfindən istifadə olunsun.
Bu gün süni intellekt elmi ixtiraları sürətləndirsə də,bədbinliyimiz hələ qalır. Əgər bərpaolunan enerjiyə, enerjikeçidinə sərf edilən xərclər azı 80 faiz olmasa, biz iqlimböhranından çıxa bilməyəcəyik.
Nizami Gəncəvi də əsərlərində yazmışdır ki, hər qaranlıq gecəninbir sübhü var. Biz də həmin yanaşma ilə məsələləri həll etməliyik.Gəlin, ümid edək. Çünki ümid etmək müdrik yanaşmadır və ümumianlaşmaya xidmət edir. Biz bu yol ilə getməliyik”, - deyə RebekkaQrinspan bildirib.