AZ

“Real Madrid” Çempionlar Liqasında yeni rekorda imza atdı


İspaniyanın “Real Madrid” klubu bir komandanın Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlmə sayına görə rekord vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Pedro Martin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Real Madrid” Çempionlar Liqasının 1/8 mərhələsində “Atletiko Madrid”ə 4:2 hesabı ilə qalib gəlib. Bununla da, “Real Madrid” Çempionlar Liqasının bu mərhələsinə 40 dəfə yüksələn ilk futbol klubu olub.
Üstəlik, “Real Madrid”- “Atletiko Madrid” qarşılaşmasında qalib penaltilər seriyası ilə müəyyənləşib. Beləliklə də, “Real Madrid” Avropanın premyer klub yarışında dörd penaltilər seriyasında qalib gələrək, Çempionlar Liqasının daha bir rekorduna imza atıb.
Qeyd edək ki, “Atletiko”nun doğma stadionu “Metropolitano”da keçirilən görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Yeganə qolu 26-cı saniyədə “Atletiko”nun yarımmüdafiəçisi Konor Qallager vurub. 70-ci dəqiqədə braziliyalı Vinisius penaltini yerinə yetirə bilməyib. İlk görüş “Real Madrid”inın 1:0 hesablı qələbəsi ilə yekunlaşdığı üçün əlavə vaxt təyin edilib. Əlavə vaxtda komandalar bir-birinə qol vura bilməyiblər və matçın nəticəsi penaltilər seriyasında həll olunub. Penaltilər seriyasında “Real Madrid” 4:2 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, “Real Madrid” hazırkı Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la qarşılaşacaq. İlk oyun aprelin 8-də Londonda keçiriləcək. Cavab oyunu aprelin 16-da Madriddə baş tutacaq.
Seçilən
6
yeniavaz.com

1Mənbələr