AZ

Fevralda müavinət və təqaüd alanların sayı məlum oldu

Bakı. Trend:

2025-ci ilin fevral ayında aylıq sosial müavinət və təqaüdalanların sayı 859 013 nəfər olub.

Trend xəbər verir ki, bu barədə Dövlət SosialMüdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, onlardan 457 367 nəfər aylıq sosial müavinət, 401646 nəfər isə təqaüd alıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində 151mindən çox proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik)və təqaüd təyin olunub. Onların 52,7%-ni kişilər, 47,3%-ni isəqadınlar təşkil edib.

Ötən ilin yanvar-dekabr ayları ərzində pensiya, müavinət, təqaüdvə ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiqdövrünə nisbətən təqribən 808,3 mln. manat və ya 10,08% çox olmaqla8 mlrd. 835 mln. manatdan çox vəsait ödənilib.

Məqalədə:
Seçilən
2
az.trend.az

1Mənbələr