Buenos-Ayresdə Argentina Konqresinin qarşısında keçirilən etiraz aksiyası zamanı polislə kütləvi toqquşmalar baş verib, azı 56 nəfər yaralanıb.
“La Nacion” qəzeti bu barədə şəhərin tibb xidməti məlumat yayıb. Hüquq-mühafizə orqanları iğtişaşların 150-dən çox iştirakçısını saxlayıb.
Həkimlərin sözlərinə görə, başından güllə yarası alan fotoqraf da daxil olmaqla 11 nəfər xəstəxanaya yerləşdirilib. Altı polis əməkdaşı da yaralanıb, onlardan biri güllə yarası alıb. Bir neçə min insanın iştirak etdiyi etiraz aksiyası bir gün əvvəl, çərşənbə günü başlayıb. Nümayişin rəsmi başlamasından əvvəl də bahalaşma fonunda həyat şəraitinin yaxşılaşdırılması tələbi ilə təqaüdçülərə qoşulan polislə futbol azarkeşləri arasında toqquşma baş verib.
Mitinq başlayandan 20 dəqiqə sonra polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Buna cavab olaraq asayiş keşikçilərinin üzərinə daş və butulkalar atılıb, polis maşını və bir neçə zibil qutusu yandırılıb. İğtişaşlar Konqresin binasını əhatə edən küçələrə də yayılıb.
//Samir Qurbanov, Editor.az