1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Fernandu Santuşun məni milliyə dəvət etməsi qürurvericidir".
Bunu Oxu.Az-a açıqlamasında "Neftçi" klubunun Azərbaycan millisinə ilk dəfə dəvət olunan futbolçusu Ağadadaş Salyanski deyib.
"Milli komandaya dəvət olunduğum üçün çox xoşbəxtəm. Bu, doğrudan da, çox fərqli hissdir. Hər bir azərbaycanlı üçün bayrağımızı və ölkəmizi təmsil etmək böyük fəxrdir. Bu şansı dəyərləndirməyə çalışacağam. Bütün azarkeşlərin ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, qarşıdakı oyunlara maksimum dərəcədə hazırlaşıb, azarkeşlərimizi qələbə ilə sevindirərik", - A.Salyanski deyib.
Qeyd edək ki, A.Salyanski "Neftçi"nin əsas heyətinə bu ilin yanvar ayında qoşulub.
Anar Həsənov