NATO-nun baş katibi Mark Rutte Bosniyada gərginliyin artması fonunda bu ölkənin ərazi bütövlüyünü və sülhü dəstəklədiyini təkrarlayıb. Bu açıqlamadan bir gün sonra Bosniyaya əlavə sülhməramlılar gəlib.
Herbiand.az bildirir ki, bu barədə Euronews xəbər verib.
İtaliya və Çexiya əsgərləri Sarayevo hava limanına enib və onları Bosniyadakı Avropa İttifaqının EUFOR kimi tanınan qüvvələri qarşılayıb. Yaxın günlərdə isə Rumıniya qoşunları, helikopterlər və hərbi təchizat da gələcək.
Bosniya serbləri qanlı müharibənin bitməsindən təxminən 30 il sonra ölkədə gərginliyin artırması üçün addımlar atırlar. Buna görə də Rutte NATO-nun Bosniyanın ərazi bütövlüyünə sarsılmaz dəstəyini vəd edib.
Bəxtiyar CƏFƏRLİ