AZ

Parçalanmış dünya şəraitində yeni güc mərkəzləri meydana gəlir - Çavuşoğlu

Bakı. Trend:

Parçalanmış dünya şəraitində yeni güc mərkəzləri meydanagəlir.

Trend xəbərverir ki, bunu Türkiyənin Böyük Millət Məclisinin deputatı, ölkəninNATO parlament assambleyasındakı nümayəndə heyətinin sədri MövludÇavuşoğlu Bakıda keçirilən 12-ci Qlobal Bakı Forumu çərçivəsindəbaş tutan “Geosiyasi dəyişikliklər: tərəfdaşlıqda məsuliyyətrəqabətə qarşı” mövzusunda panel müzakirələrinin gedişindəbildirib.

"Biz dünya tarixinin dönüş nöqtəsində yaşayırıq və beynəlxalqsistemin dəyişməsinin şahidi oluruq. Bu dəyişiklik təkcə nəzərixarakter daşımır – o, bilavasitə gözlərimizin önündə baş verir. Çinqlobal təsirini gücləndirir. Eyni zamanda, ABŞ-nin yeniadministrasiyası elə addımlar atır ki, bu, Birləşmiş Ştatların özütərəfindən yaradılmış beynəlxalq nizamın norma və dəyərlərini sualaltına qoyur. Rusiyanın həm ölkə daxilində, həm də regionda atdığıaddımlar Avropanın təhlükəsizlik arxitekturasını dəyişdirir. Buproseslərin fonunda Avropa İttifaqı qlobal dəyişikliklərəadaptasiya olunaraq muxtariyyət strategiyası formalaşdırmağa canatır”, - o deyib.

Çavuşoğlu həmçinin, parçalanmış dünya şəraitində yeni gücmərkəzlərinin yaranmasından da söz açıb.

"Biz Qlobal Cənubdan bəhs edirik – ədalətə və aydın prinsiplərəəsaslanan yeni dünya nizamının formalaşmasında daha önəmli yertutmağa çalışan ölkələr və oyunçulardan. Bu baxımdan, Qlobal Qərbdə bu yeni reallığı dərk etməlidir", – deyə Çavuşoğluvurğulayıb.

Qeyd edək ki, 12-ci Qlobal Bakı Forumu 13-15 mart tarixlərində"Dünya nizamının yenidən dəyərləndirilməsi: çağırışların imkanlaraçevrilməsi" şüarı altında keçirilir.

Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkilolunub.

Tədbir çərçivəsində geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma,qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29və digər əsas qlobal məsələlər müzakirə olunacaq.

Məqalədə:
Seçilən
2
1
az.trend.az

2Mənbələr