AZ

2 yaşlı uşaq narkotikdən öldü - FOTO

Rusiyanın Çelyabinsk vilayətində 2 yaşlı uşaq həddindən artıq narkotik qəbulundan ölüb.

Ucnoqta.az Rusiya teleqram kanalına istinadən xəbər verir ki, uşağın anası ağlamasını dayandırmaq üçün ona dərmanlar vurub.

"Bu gün mənim sevimli oğlum, mənim kiçik mələyim qəfildən dünyasını dəyişdi!"

Bu yazı 31 yaşlı Yekaterina Korotkova tərəfindən Miass xatirə qrupunda yanvarın sonunda, 2 yaşlı oğlu Leşanın öldüyü zaman dərc edilib.

İstintaq Komitəsi uşağın həddindən artıq narkotik qəbulundan öldüyünü açıqlayıb. Qeyd olunur ki, anası uşaq səs-küy salmasın və ağlamaması üçün ona sistematik olaraq maddələr qarışığı yeridib.

Seçilən
0
ucnoqta.az

1Mənbələr