ABŞ-nin BMT-dəki nümayəndəliyi Təhlükəsizlik Şurasının (TŞ) İranın nüvə proqramı ilə bağlı qapalı iclasından sonra bəyanatında vurğulayıb ki, şura Tehranın təhlükəsizlik öhdəliklərini pozan kobud davranışını pisləməlidir.
Məlumata görə, İranın nümayəndə heyəti də Amerikanın səylərinin nəticəsiz qalacağını vurğulayıb.
“İran Təhlükəsizlik Şurasına açıq şəkildə zidd olaraq, Beynəlxalq Atom Enerjisi Agentliyi qarşısında mühafizə öhdəliklərini pozmaqda davam edir və TŞ və beynəlxalq ictimaiyyətin davam edən narahatlığına məhəl qoymur. ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və sabitliyi pozan fəaliyyətlər üçün istifadə olunan maliyyə resurslarından məhrum etmək üçün Trampın “maksimum təzyiq” siyasətini davam etdirəcək”, - deyə, bəyanatda bildirilib. (Iran International)
visiontv.az