AZ

"Aqrarkredit" QSC növbəti əmlakını hərraca çıxarır

"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (VÖEN 1300025711) balansında olan daha bir əmlak hərraca çıxarılacaq. 

Valyuta.Az xəbər verir ki, bu dəfə BOKT-un balansında olan Toyota Land-Cruiser ( buraxılış ili - 2011) 65.000 manat başlanğıc qiyməti ilə hərraca çıxarılacaq. 

Beh məbləğinin 6.500 manat təşkil etdiyi hərrac 9 aprel 2025-ci il tarixində saat 11:00-da keçiriləcək. 

Xatırladaq ki, daha öncə də BOKT-un bir neçə əmlakının hərraca çıxarılması ilə bağlı xəbərlər saytmızda dərc olunmuşdu. 

Dünən isə maliyyələşmə dayandırıldığı üçün BOKT-un 2 tenderi ləğv edilib. Ehtimal olunan qiymətləri 75.178,70 AZN və 44.650,00 AZN olan tenderlər müvafiq olaraq BOKT-un Gəncə filialının inzibati binasında dam örtüyünün quraşdırılması və 31 dekabr 2024-cü il tarixinə başa çatan il üzrə BMHS-ya uyğun konsalidə olunmuş maliyyə hesablarının auditinin aparılması xidmətlərinin satınalınması ilə bağlı olub.

Qeyd edək ki, 1988-ci il yanvar ayının 1-dən fəaaliyyətə başlayan Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı, 2001-ci ildən Azərbaycan Respublikasında aparılmış bank islahatlarına uyğun olaraq aprel 2001-ci il tarixdən təşkilati hüquqi forması saxlanılmaqla «Aqrarkredit» Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı adı altında fəaliyyət göstərməyə başlayıb.

45 milyon 338 min 981.74 manat nizamnamə kapitalına malik olan QSC-nin qanuni təmsilçisi Məmməd Qurban oğlu Musayevdir.    

Seçilən
3
valyuta.az

1Mənbələr