Bu ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşları Türkiyədə 137 mənzil alıblar.

İndex.az bu barədə Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə olaraq 25 mənzil və ya 22,3 % çoxdur. Fevralda Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda yanvardakı 6-cı yerdən 4-cü yerə qalxıb.

Təkcə fevralda isə Azərbaycan vətəndaşları Türkiyədə 87 mənzil alıblar ki, bu da 2024-cü ilin fevral ayı ilə müqayisədə olaraq 27 mənzil və ya 45 % çoxdur. Ümumilikdə, bu ilin yanvar-fevral aylarında Türkiyədə xarici vətəndaşlara 3 023 mənzil satılıb. Bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 915 mənzil və ya 23,2 % azdır.

Təkcə fevralda isə xaricilər Türkiyədə 1 465 mənzil alıblar ki, bu da 2024-cü ilin fevral ayı ilə müqayisədə olaraq 400 mənzil və ya 21,4 % azdır. Yanvar-fevral aylarında Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub.

Onlara ötən aylar ərzində 504 mənzil satılıb. Bu, ötən ilin iki ayı ilə müqayisədə 446 ədəd və ya 46,9 % azdır.
Növbəti yeri İran vətəndaşları tutublar. İranlılara ötən iki ay ərzində bu ölkədə 295 mənzil satılıb ki, bu da illik müqayisədə 113 ədəd və ya 27,7 % azdır.

İlk 3-lüyü isə İraq qapadır. Yanvar-fevral aylarında İraq vətəndaşları Türkiyədə 202 mənzil sahib olublar. Bu da 2024-cü ilin ilk ayı ilə müqayisədə 9 mənzil və ya 4,3 azdır. Xatırladaq ki, 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil alıblar.