Ermənistanda hökumətin iclasından sonra jurnalistlər xarici işlər naziri Ararat Mirzoyandan suallara cavab istəyiblər. Mirzoyan isə ayaq saxlamayaraq yoluna davam edib. Bu addım insidentə səbəb olub.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, jurnalistlərdən biri, “Siz ancaq türk həmkarlarınıza yaxınlaşırsınız, cənab Mirzoyan?” deyə sual verib.
Bu sözlərdən sonra Mirzoyan əsəbiləşib və belə cavab verib:
“Əvvəla, mən sizin dediklərinizi son dərəcə kobud, tərbiyəsiz və qeyri-peşəkar davranış hesab edirəm. İkincisi, bu, peşəkar jurnalist fəaliyyəti deyil, siyasi intriqa yaratmaqdır. Ayıb olsun sizə”.
Jurnalist isə cavabında “Siz utanmalısınız ki, gəlib bizi biabır edib gedirsiniz” deyib. Bu sözlər Mirzoyanı əməlli-başlı özündən çıxarıb.
“Sizlərdən kimsə, “ancaq türk həmkarlarınma cavab verirəm” deyəndə, mənim tam haqqım çatır ki, gəlib sizi biabır edim və çərçivədən çıxmamağınızı məsləhət görüm.
Xatırladaq ki, bu yaxınlarda bir qrup türkiyəli jurnalist hakimiyyətin dəvəti və Ermənistan büdcəsi hesabına İrəvana səfər edib. Türkiyəli jurnalistlərə bir sıra müsahibələr verilib, hətta onları Maraqara keçid məntəqəsinə də aparıblar. Erməni jurnalistlərin kölgədə qalması isə görünür, onlara yaman təsir edib.
Müşviq Tofiqoğlu
KONKRET.az