AZ

Şafik Qabr: "Texnologiya və süni zəka dünyanı dəyişəcək, danışıqlardan uzaqlaşdıracaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Geosiyasi dəyişikliklər tarixən hər zaman olub. Bütün bunlar bizi dəyişib, bütün dünya əhalisi də eyni addımlayıb".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda ARTOC İnvestisiya və İnkişaf Qrupunun sədri və icraçı direktoru Şafik Qabr deyib.
"İndi bəzi güclər işləri digər tərəfin düşünə bilmədiyi istiqamətdə aparmaq üçün mətbuatdan da alət kimi istifadə edirlər", - deyə o qeyd edib.
Ş.Qabr deyib ki, beyin mərkəzləri indidən addım atmalıdırlar ki, dünya düzəni qurulsun, gücsüzlər əzilməsinlər:
"Biz indi ikili standartlar dünyasında yaşayırıq. Yumşaq gücün sonunu görürük. Sülh, gözəl gələcək haqqında danışan azdır. Geosiyasi dəyişikliklər baş verərsə, geoiqtisadiyyat da dəyişəcək və bu, hər kəsə təsir edəcək".
O əlavə edib ki, artıq sanksiyalar işlək deyil.
Ş.Qabr çıxışı zamanı texnologiya və süni zəkaya münasibətdən danışıb:
"Texnologiya və süni zəka dünyanı dəyişəcək. Biz buna laqeyd yanaşırıq. Texnologiya bizi gücsüz edəcək, danışıqlardan uzaqlaşdıracaq".
Aləmdə Nəsib
Seçilən
1
oxu.az

1Mənbələr