Yeni mövsümün transfer çalışmalarına start verən “Neftçi” artıq bir futbolçu ilə razılıq əldə edib.
İdman.biz Futbolxeber.az-a istinadən xəbər verir ki, flaqman heyətini “Sumqayıt”ın müdafiəçisi Murad Xaçayevlə gücləndirib.
Düzdür, 27 yaşlı futbolçu ilə hələlik rəsmi müqavilə imzalanmayıb. Bunun üçün tərəflər cari mövsümün başa çatmasını gözləyirlər. Lakin artıq tərəflər bütün detallarda razılıq əldə ediblər.
Xaçayev “Neftçi”nin baş məşqçisi Samir Abasovun rəhbərliyi altında “Sumqayıt”da forma geyib.
Bu transferi təsdiqləyən daha bir məqam var. Belə ki, Murad Xaçayev martın 11-də minifutbol üzrə Azərbaycan çempionatının finalını meneceri və “Neftçi”nin futbol komandaları və əməliyyatları üzrə direktoru Zaur Əzizovla birgə izləyib.
İdman.biz